19 may 2024 at 18:17
Jurnalist kodu: 5561
Xəbər kodu: 85482516
T T
0 Persons
Prezident Rəisini daşıyan helikopterin qəzası ilə bağlı Daxili İşlər nazirinin açıqlaması

Daxili İşlər naziri Əhməd Vahidi “Xəbər” telekanalı ilə canlı müsahibədə deyib: “Xudafərin və Qız Qalası hidroqovşaqlarının açılışı və istismara verilməsindən sonra Prezident və onu müşayiət edən şəxslər bir neçə helikopterlə geri qayıdırdılar, onlardan biri duman səbəbindən çətin eniş etməli olub.”

Daxili İşlər naziri əlavə edib: “Müxtəlif yardım qrupları bölgəyə doğru yollanıblar. Amma duman və pis hava şəraiti səbəbindən əraziyə çatmaq üçün vaxt lazım ola bilər. İşlər nəzarət altındadır. Xilasetmə qrupları öz vəzifəsini yerinə yetirməkdədir. ümid edirik ki, tezliklə hadisə yerinə çatacaqlar.”

Vəhidi deyib: “Prezidenti müşayət edən şəxlərlə əlaqə yaradılıb, lakin ərazinin mürəkkəb vəziyyətinə görə rabitə yaratmaq çətindir. Ümid edirik ki, xilasedici qruplar qəza yerinə daha tez çatacaq və bizə əlavə məlumat verəcəklər.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .