20 may 2024 at 09:40
Jurnalist kodu: 5564
Xəbər kodu: 85483030
T T
0 Persons
Prezident və onu müşayiət edən heyətin şəhadətindən sonra hökumət nümayəndə heyətinin bəyanatı

Tehran – İRNA - İran prezidenti və onunla birgə olanların helikopter qəzasında şəhadətindən sonra hökumət heyəti bu gün təcili iclas çağırdıqdan sonra bəyanat yayıb və mətni belədir:

Bağışlayan və Mehriban Allahın adı ilə! 

Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər. (Əhzab, 23) 

  Həzrət Əli ibn Musa ər-Rza əleyhis-səlamın mübarək mövlud ildönümündə İran xalqının, İmam Rzanın (ə) xidmətçisi, xalqdan olan və sevimli prezident Həzrət Ayətullah Rəisinin uca ruhu səmaya yüksəldi. 

İran xalqının zəhmətkeş və yorulmaz prezidenti ölkənin inkişafı və tərəqqisi yolunda böyük İran xalqına xidmət etməkdən başqa heç bir iş görməmiş vədinə sadiq qalmış və milləti üçün canını fəda etmişdir. 

İran İslam Respublikası hökumətinin nümayəndə heyəti məlum helikopterin ölümcül qəzası və nəticədə, sevimli, xidmətçi və dəyərli prezident Həzrət Ayətullah Rəisinin, və onunla birgə olan mücahid xarici işlər naziri Doktor Hüseyn Əmir Abdullahian, Təbrizin cümə imamı Höccətül-İslam vəl-Müslimin Ali-Haşim, Şərqi Azərbaycan vilayəti valisi Doktor Malik Rəhməti və başqalarının şəhid olması səbəbilə İmam Zamanın (ə) hüzuruna, İran İslam İnqilabının Ali Rəhbərinə İranın şərəfli xalqına başsağlığı verir. Sadiq və qədirbilən və sevimli xalqımızı əmin edirik ki, millətin qəhrəmanı və xidmətçisi, Ali Məqamlı Rəhbərin vəfalı dostu, yorulmaz ruhiyyəli Ayətullah Rəisinin şərəfli və xidmət yolu, Uca Allahın yardımı və köməkliyi, başıuca xalqımızın yoldaşlığı ilə cihadçı idarəçilikdə heç bir əskiklik olmadan davam edəcəkdir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .