9 iyul 2024 at 20:15
Jurnalist kodu: 5561
Xəbər kodu: 85534779
T T
0 Persons
Həmzə Seyyidüş-şühəda Qərargahının qüvvələri terror qrupunu məhv etdi

Urmiya - İRNA - Həmzə Seyyidüş-şühəda Qərargahının ictimaiyyətlə əlaqələr bölməsi ölkənin şimal-qərb sərhədlərində bu qərargahın qüvvələri tərəfindən terrorçu dəstənin məhv edildiyini bildirib.

Bəyanatda bildirilir: “SEPAH Quru Qoşunlarının Həmzə Seyyidüş-şühəda Qərargahının qüvvələrinin diqqətli müşahidəsi və kəşfiyyat məlumatları nəticəsində çərşənbə axşamı səhər saatlarında əks-inqilabçı terrorçu dəstə ölkənin şimal-qərb sərhədlərindən İran İslam Respublikasının ərazisinə daxil olmaq istəyərkən, bu Qərargahın qüvvələri tərəfindən pusquya salınıb və məhv edilib.”

Bəyanatda əlavə edilib: “Bu qarşıdurmada terrorçu dəstənin bir neçə üzvü öldürülüb və yaralanıb, onların avadanlıqları İslam Respublikası qüvvələri tərəfindən müsadirə edilib.”

Həmzə Seyyidüş-şühəda Qərargahının bildirişində qlobal imperializminin aparıcı ünsürlərinə bir daha xəbərdarlıq etməklə yanaşı vurğulanıb: “Bu Qərargahın qeyrətli qüvvələrinin sayıqlığı ilə İran İslam Respublikasının təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı ən kiçik addım belə qəti və möhkəm cavab ilə qarşılanacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .