İRNA-nın məlumatına görə, İranın Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni X sosial şəbəkəsində yazıb: “Almaniya məhkəmə-intizam orqanlarının dünya şiələrinin nurani təqlid mərcəsi həzrət Ayətullah Bürucerdinin qiymətli mirası və 70 illik tarixi ilə ən qədim İslam mərkəzlərindən biri olan Hamburq İslam Mərkəzinə aid yerlərdə təftiş işi aparması din və fikir azadlığının qayda və standartlarını pozan əsassız addımdır.”
“Bu hərəkət ekstremistlərə, zorakılığa və terroru dəstəkləyən cərəyanlara hədiyyədir” - deyə, o, əlavə edib.
İranın Xarici İşlər naziri vəzifəsinin icraçısı sonra yazıb: “İctimai rəyi fələstinlilərin soyqırımından yayındırmaq üçün hər hadisədən istifadə edən terrorçu İsrail rejimi də Almaniya polisinin bu hərəkətini alqışladı!”
Baqiri vurğulayıb: “Almaniya hökuməti bu əsassız və zorakı hərəkətin nəticələrinə görə məsuliyyət daşıyır. İran İslam Respublikası İslam ümməti və xaricdəki iranlılarla birlikdə Almaniya da daxil olmaqla dünyanın istənilən yerində İslam-İran düşüncə və sivilizasiyasının, eləcə də müsəlmanların və iranlıların hüquqlarının qorunmasına dəstək verir.”
Hamburq İslam Mərkəzinin təftiş edilməsi din və fikir azadlığını tənzimləyən qaydaları pozur
25 iyul 2024 at 22:39
Xəbər kodu:
85549076
Tehran - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsinin icraçısı Almaniya məhkəmə-intizam orqanlarının Hamburq İslam Mərkəzi ilə bağlı yerlərdə yoxlama aparmasını əsassız addım, din və fikir azadlığının qayda və standartlarının pozulması kimi qiymətləndirib.
Sizin rəyiniz