10 avqust 2024 at 18:43
Jurnalist kodu: 5561
Xəbər kodu: 85564155
T T
0 Persons

Hizbullah sionist rejim bazalarına zərbələrini davam etdirir

10 avqust 2024 at 18:43
Xəbər kodu: 85564155
Hizbullah sionist rejim bazalarına zərbələrini davam etdirir

Tehran - İRNA - Livan Hizbullah Hərəkatı sionist rejimin mövqelərinə qarşı hücumlarının davamında bu rejimin bir neçə hərbi bazasını hədəfə alıb.

Hizbullah Hərəkatı bildirib ki, bu gün onun döyüşçüləri “Ramiyə” bazasındakı casusluq avadanlığını hücum xarakterli dronla hədəfə alıb və bu texnikanı məhv edib.

Hərəkat həmçinin Malikiyyə bazasına artilleriya hücumu və sionist hərbçilərin Təl Şarda yerləşdiyi yerə raket zərbəsi endirdiyini xəbər verərək, raketin birbaşa hədəfi vurduğunu qeyd edib.

Bəzi Livan mənbələri də işğal altındakı Fələstinin şimalında yerləşən Qərbi Əl-Cəlildəki “Barnit” kazarmasına hücum barədə məlumat yayıblar.

Digər tərəfdən sionist mediaları Qərbi Əl-Cəlildə Livanla sərhəddə yerləşən Əl-Malkiyyədə həyəcan siqnalı çaldığını bildiriblər.

Livan mediaları həmçinin sionist rejimin Livanın Teyr Hərfa qəsəbəsinə hava hücumu barədə məlumat yayıblar və əlavə ediblər ki, düşmən artilleriyası Livanın cənubundakı Aytərun qəsəbəsini hədəfə alıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .