Rusiyanın Həştərxan şəhərində İran İslam Respublikasının iştirakı ilə şənbə günü (18 avqust 2024-cü il) IX Xəzər Dənizi Media Sammiti keçirilib.
Bu birgünlük konfransda Xəzər dənizinin sahilyanı ölkələrindən, o cümlədən Moldova və Özbəkistandan nümayəndələr iştirak ediblər.
İran səfiri çıxışında deyib: Sivilizasiyalar müharibəsi məsələsi bir sivilizasiyanın üstün olması məsələsidir. İran İslam Respublikası və Rusiya Federasiyası kimi ölkələrin bu məsələ ilə problemləri var.
“Qədim mədəniyyətə malik olan ölkələr mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun tərəfdarıdır” deyən Cəlali əlavə edib: Bu ölkələr hesab edir ki, bütün sivilizasiyalara hörmət edilməlidir və heç bir sivilizasiya təhqir edilməməlidir.
Cəlali dedi: Paris Olimpiadasında baş verənlər diqqətə layiqdir. Bir gün xristianlıq, o biri gün islam, bir gün İslam peyğəmbəri, bir gün də Quran təhqir olunur. Sivilizasiyalar müharibəsi məsələsində bu kimi məsələlər nəzəriyyələşdirilmişdir. Təkqütblü dünyanın belə nəticələri var və buna görə də, İran və Rusiya buna qarşıdır.
O dedi: Sivilizasiyalar savaşı axtaranlar Qəzza qətliamının səbəbkarıdırlar. Müharibə öz mənafelərinə uyğun gedəndə, 50 min sadə vətəndaş belə öldürülsə, səsləri çıxmır.
O, çıxışının başqa bir hissəsində dedi: Biz ehtiyatlı olmalıyıq ki, qeyri-regional güclər Xəzər hövzəsinə daxil olmasın. Başqalarının daxil olmasına ehtiyacımız yoxdur.
Sizin rəyiniz