İslami Cihad hərəkatının hərbi qanadı olan Səraya əl-Qüds sionist rejimin Raim hərbi bazasına bir neçə raket zərbəsi endirdiyini açıqlayıb.
Əl-Mücahidin taborları da açıqlamasında bildirib: Biz “Hasib-111” raketi ilə Deyr əl-Bəlahın şərqində yerləşən Tale əl-Kurdda düşmən əsgərlərinin toplaşdığı və yerləşdiyi yeri hədəf aldıq.
“Nasir Salahuddin” taborları da məlumat verib: “107” raketi ilə düşmənin Netzarim cəbhəsindəki komanda bazasını hədəf aldıq.
Bununla əlaqədar olaraq sionist media mənbələri Qəzza zolağında işğal rejiminin hərbçiləri üçün ciddi təhlükəsizlik insidentinin baş verdiyini və bu hadisədə 11 sionist hərbçinin yaralandığını elan ediblər.
Sionist mediası həmçinin bu hadisədə bir sionist hərbçinin öldüyünü xəbər verib.
Sizin rəyiniz