27 avqust 2024 at 10:24
Jurnalist kodu: 5564
Xəbər kodu: 85579928
T T
0 Persons
HƏMAS: Sionist işğalçı rejimin cinayətləri müasir dövrün ən dəhşətli soyqırımıdır

Tehran - İRNA - İslami Müqavimət Hərəkatı HƏMAS yaydığı bəyanatda vurğulayıb ki, sionist işğalçı ordunun Qəzzə zolağının mərkəzində əhalinin sıx məskunlaşdığı Deyr əl-Bələh vilayətinə vəhşi hücumları və cinayətləri müasir dövrdə bəşəriyyətin gördüyü ən dəhşətli soyqırım formalarından biridir.

HƏMAS bildirib ki, şiddətli bombardmanlar altında fələstinlilərin köçürülməsi əməliyyatı, onların kiçik bir əraziyə və humanitar xidmətinin olmadığı bölgələrə getməyə məcbur edilməsi, Əl-Əqsa Şəhidləri xəstəxanasının xidmətini dayandırmaq nasist və işğalçı sionist rejimin dünyanın gözü qarşısında etdikləri soyqırımın başqa bir formasıdır. 

HƏMAS bir daha beynəlxalq ictimaiyyəti, BMT-ni və əlaqədar qurumları Qəzzədə amansız soyqırımı dayandırmağa, işğalçı rejimi Deyr əl-Bələh əyalətində və Əl-Əqsa şəhidləri xəstəxanasında mülki fələstinlilərə qarşı cinayətləri dayandırmağa məcbur etməyə, bu xəstəxananın fəaliyyətini bərpa etməyə, ona yanacaq və lazımi tibbi avadanlıqların göndərməyə, Fələstin xalqına qarşı vəhşi və anti-insan cinayətlərinə görə israilli hərbi cinayətkarları təqib etmək və cəzalandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .