İraq İslami Müqaviməti ötən axşam Hayfada mühüm hədəfə hücum etdiyini açıqlayıb.
İraq İslam Müqavimətinin bəyanatında deyilir: “İşğalçı rejimə müqavimət göstərmək və Qəzzə xalqına dəstək olmaq üçün yanaşmamızın davamı olaraq, o cümlədən qəsbkar rejimin fələstinli mülki şəxslərə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törətdiyi cinayətlərə cavab olaraq, İraq İslami Müqavimətinin döyüşçüləri dünən axşam, 26 avqust 2024-cü il bazar ertəsi günü, işğal olunmuş ərazilərdə pilotsuz təyyarə ilə həyati əhəmiyyətli hədəfi hədəfə alıblar.
Bu bəyanatda vurğulanır: “Düşmənin istehkamlarının darmadağın edilməsi əməliyyatları artan tendensiya ilə davam edəcək.”
Sizin rəyiniz