2 sentyabr 2024 at 11:58
Jurnalist kodu: 5564
Xəbər kodu: 85585716
T T
0 Persons
Washington Post: ABŞ Qəzzada atəşkəs üçün yekun razılaşmanı təqdim edəcək

Tehran - İRNA - Amerikanın Vaşinqton Post qəzeti xəbərində yazıb: Amerika yaxın həftələrdə Qəzzada yekun atəşkəs razılaşmasını təqdim edəcək və iki əsas tərəf bunu qəbul edə bilməsə, ABŞ-ın rəhbərlik etdiyi danışıqlara son verə bilər.

Vaşinqton Post qəzeti mövzunun həssaslığına görə adının çəkilməsini istəməyən Amerika hökumətinin yüksək səviyyəli rəsmisinə istinadən yazıb və əlavə edib: ABŞ bu razılaşmanı Misir və Qətərlə müzakirə edib.

Bu qəzet Amerika rəsmilərinə istinadən əlavə edib ki, Co Bayden administrasiyasının Qəzzada atəşkəs rejiminə əməl etmək və əsirləri azad etmək üçün aylarla davam edən səyləri bazar günü İsrail rejiminin bir amerikalı da daxil olmaqla altı məhbusun cəsədini tapmasından sonra yeni aktuallıq qazanıb.

Sizin rəyiniz

You are replying to: .