7 sentyabr 2024 at 15:48
Jurnalist kodu: 5564
Xəbər kodu: 85589514
T T
0 Persons
Parlamentin Milli Təhlükəsizlik Komissiyasının sədri: Zəngəzur dəhlizi İranın qırmızı xəttidir

Şiraz - İRNA - İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı son mövqeyinə reaksiyasında deyib: “Bu dəhlizin yaradılması İran İslam Respublikasının qırmızı xəttidir.”

İbrahim Əzizi əlavə edib: “Zəngəzur dəhlizində geosiyasi proseslərlə bağlı məsələlərin region ölkələrinin marağında olmadığı aydındır. İran da bu məsələnin qəti əleyhinədir.” 

Bəzi ölkələrin böyük turanın formalaşmasına əsaslanan illüziyalarına toxunan Əzizi deyib: “Əsasən, Zəngəzur dəhlizi qondarma bir dəhlizdir. Görünən odur ki, bu dəhlizin yaradılması bəhanəsi ilə İranın bölgədəki hərbi və siyasi gücünü azaltmaq üçün hansısa əllər işləyir.” 

Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri vurğulayıb: “Bu cür illüziyalara uyanlara xəbərdarlıq edirik ki, bu cür qərarların nəticələri onlar üçün ağır və baha başa gələcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .