İbrahim Rezayi Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının bəzi üzvlərinin Ordunun baş komandanı general-mayor Seyid Əbdül Rəhim Musəvi ilə görüşü barədə deyib: “Bu görüşdə general-mayor Musəvi İslam Respublikası Ordusunun fəaliyyəti, planları və hərəkətləri haqqında məlumat təqdim etdi.”
Millət vəkili əlavə edib: “General-mayor Musəvi bu yaxınlarda üç ölkənin və 11 ölkədən göndərilən müşahidəçilərin iştirakı ilə ordunun “İMEX” adlı hərbi dəniz təliminə toxunaraq, bu təlimin sülh şəraitində, tam iqtidarla və plana uyğun həyata keçirildiyini vurğuladı.”
Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Ordunun baş komandanının “Doğru Vəd 2” əməliyyatında bu qüvvələrin rolundan bəhs edən hesabatı ilə bağlı bunları deyib: “General-mayor Musəvi bu məsələni vurğuladı ki, əgər sionist rejim səhvə yol verərsə, mütləq İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən qətiyyətli cavab alacaq.”
“General-mayor Musəvi Silahlı Qüvvələrin sionist düşmənə ağır zərbə vurmağa hazır olduğunu və amerikalıların bu cinayətkar və uşaq öldürən rejimə dəstək verməkdən əl çəkməli olduğunu vurğuladı” - deyə, Rezayi qeyd edib.
Sizin rəyiniz