22 oktyabr 2024 at 20:10
Jurnalist kodu: 5561
Xəbər kodu: 85636295
T T
0 Persons

Prezident BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib

22 oktyabr 2024 at 20:10
Xəbər kodu: 85636295
Prezident BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib

Tehran - İRNA - İran İslam Respublikasının Prezidenti doktor Məsud Pezeşkiyan BRİKS-ə üzv ölkələrin 16-cı sammitində iştirak etmək məqsədi ilə çərşənbə axşamı, oktyabrın 22-i axşam saatlarında Rusiyanın Kazan şəhərinə gəlib.

Prezidenti bu səfərdə İqtisadiyyat və Maliyyə naziri, iki ölkənin Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının İran tərəfinin sədri kimi Neft naziri, Prezident Aparatının rəhbəri və Prezident Aparatının siyasi məsələlər üzrə müavini müşayiət edir. 

Xarici İşlər naziri də Bəhreyn və Küveytə səfəri başa çatdıqdan sonra Kazana yola düşüb.

Prezident çərşənbə günü BRİKS-ə üzv ölkələrin liderlərinin iştirakı ilə keçiriləcək BRİKS-in əsas iclasında çıxış edəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .