23 oktyabr 2024 at 17:06
Jurnalist kodu: 5561
Xəbər kodu: 85637354
T T
0 Persons
Beynəlxalq ictimaiyyətin hərəkətsizliyi səbəbindən İsrail rejimi Livanı başqa Qəzzəyyə çevirmək istəyir

London - İRNA - İran İslam Respublikasının BMT-nin Cenevrə nümayəndəliyindəki səfiri xəbərdarlıq edib ki, sionist rejim beynəlxalq ictimaiyyətin hərəkətsizliyi səbəbindən Livanı başqa bir Qəzzəyə çevirmək istəyir.

İran İslam Respublikasının BMT-nin Cenevrə nümayəndəliyindəki səfiri və daimi nümayəndəsi Əli Bəhreyni Cenevrədə Livandakı son humanitar vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) keçirdiyi iclasda çıxışı zamanı bildirib: “Hazırkı vəziyyətdə beynəlxalq ictimaiyyətdən ciddi gözlənti budur ki, İsrailin Livan və Qəzzədə törətdiyi cinayətlərin qarşısını almaq üçün əlindən gələni etsin.” 

O, sionist rejimin Livanı Qəzzəyə çevirmək istəyinə toxunaraq, beynəlxalq siyasi və humanitar qurumların iki mühüm prioriteti kimi, İsrailin hücumlarının və cinayətlərinin dayandırılmasının, eləcə də həmin regionun əhalisinə humanitar yardımın göndərilməsi və çatdırılması üçün lazımi çıxışın yaradılmasının vacibliyini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .