26 oktyabr 2024 at 21:50
Jurnalist kodu: 5561
Xəbər kodu: 85640249
T T
0 Persons
Bəqai: Sionist rejimin İrana qarşı hərəkəti BMT-nin kobud şəkildə pozulmasıdır

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin İrana qarşı təcavüzkar hərəkətini BMT Nizamnaməsi və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

İsmayıl Bəqai şənbə 26 oktyabr axşam saatlarında X sosial şəbəkəsində yazıb: “Sionist rejimin İrana qarşı təcavüzkar hərəkəti Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və İran İslam Respublikasına qanuni müdafiəyə müraciət etmək hüququ verir.”

Mətbuat katibi əlavə edib: “İranlılar İsrail rejiminin cinayətkar təcavüzünə qarşı cəsarət, fədakarlıq və qətiyyətlə vətənlərini müdafiə edən Silahlı Qüvvələri ilə fəxr edirlər.”

“Sevimli İranımızın müdafiəsi yolunda şəhid olan İran İslam Respublikası Ordusunun müdafiə qüvvələri olan qəhrəmanlarımızı, həmçinin, İsrailin İrana təcavüzü ilə eyni gündə Xaşda namərd terror aktının hədəfi olaraq şəhid olan cəsur sərhədçiləri həmişə yad edəcəyik”, Bəqai bildirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .