Müdafiə nazirinin müavini və ABŞ-ın silah satışı üzrə yüksək rütbəli rəsmisi Bill LaPlante deyib ki, Yəmən hazırda ballistik raketlər yaratmaq texnologiyasına malikdir ki, bu texnologiya dünyada yalnız inkişaf etmiş ölkələrdədir.
O, Vaşinqtonda keçirilən “Müdafiənin gələcəyi” sammitində çıxışı zamanı Yəmən ordusunun yüksək hərbi qüdrətinə işarə edərək əlavə edib: Yəmən ordusu qorxunc olub. Mən mühəndis və fizikəm və bütün karyeram boyunca raketlər sahəsində çalışmışam, son 6 ayda Sənaya bağlı Yəmən silahlı qüvvələrinin hərəkətləri ilə bağlı gördüklərim məni heyrətləndirdi.
Pentaqonun yüksək səviyyəli satış rəsmisi davam etdi: Yəmən silahlı qüvvələri heyrətamiz işlər görə bilən daha təkmil silahlardan, o cümlədən raketlərdən istifadə edir.
O, əlavə edib: Əgər ballistik raket Amerika hərbi gəmisinə dəysə, bu, bizim üçün çox pis gün olacaq, ona görə də biz Qırmızı dənizdən uzaqlaşmalıyıq.
Sizin rəyiniz