Müdafiə naziri, general-mayor Əziz Nəsirzadə bazar günü günortadan sonra Suriya Ali Milli Təhlükəsizlik Şurasının katibi general-mayor Kefa Məlhəm ilə görüşüb.
Bu görüşdə terrorizmin kökünün kəsilməsi, regionda sülh və sabitliyin genişləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi məqsədi ilə iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi vurğulanıb.
İran İslam Respublikasının Müdafiə naziri terrorizmlə mübarizə, regionda sülh və sabitliyin genişləndirilməsi istiqamətində İran İslam Respublikasının Suriyaya strateji dəstəyini vurğulayıb, İranın müqavimət oxuna, Suriya hökuməti və xalqına dəstəyinin davam edəcəyini bildirib.
Görüşdə Suriya Milli Təhlükəsizlik Şurasının katibi Ali Məqamlı Rəhbərin müqaviməti dəstəkləməkdəki şərəfli mövqeyini yüksək qiymətləndirib və bunu bölgə xalqı üçün güc mənbəyi hesab edib.
Sizin rəyiniz