Çərşənbə axşamı Cənubi Xorasan Radio və Televiziyasının evsahibliyi ilə “Həqiqətin terror edilməsi” başlığı ilə Müqavimət Cəbhəsinin jurnalist şəhidlərinin anım mərasimi keçirilib. Mərasimdə çıxış edən general-mayor Əlirza Yusifi deyib: “Ali Məqamlı Rəhbər İsrailin ölkəyə hücumuna bildirdiyi münasibətdə buyurdu ki, onlar səhv hesablamaya düçar olublar və hələ İranın müdafiə-təhlükəsizlik gücünün düzgün qiymətləndirilməsinə malik deyillər. Ona görə də bu güc və iqtidarı onlara anlatmaq lazımdır.”
Əlirza Yusifi İsrailə cavabın ölkənin yüksək rütbəli rəsmiləri tərəfindən veriləcəyini vurğulayaraq deyib: “Bəsici düşüncəsi sayəsində bu gün ölkə müdafiə və təhlükəsizlik məsələlərində çəkindiriciliyə nail olub. Əgər düşmən ölkə sərhədlərinə təcavüz etmək niyyətinə düşsə, sarsıdıcı cavab alacaq.”
“Bu gün cinayətkar və uşaq öldürən sionist dünyada həqiqəti terror edir və bütün səylərini Qəzzə və Livana qarşı müharibənin həqiqətlərinin dünyanın qulağına çatmamasına sərf edib”- deyə, o, əlavə edib.
Sizin rəyiniz