İranın Keyfiyyət və Standart Təftiş Şirkəti və ROSTEST Şirkəti İran və Rusiya tərəflərindən sınaq və təftiş sənayesinin nümayəndələri kimi İranın Milli Standartlar Təşkilatı (INSO) ilə Rusiyanın Metrologiya və Texniki Qanunvericilik Agentliyinin nəzarəti altında əməkdaşlıq memorandumu imzalayıb.
Bu müştərək müqavilənin imzalanma mərasimi bu gün (çərşənbə axşamı) İranın Milli Standartlar Təşkilatında İslami Şura Məclisinin təmsilçiləri və özəl sektor nümayəndələrinin iştirakı ilə videokonfrans şəklində keçirilib.
İranın Milli Standartlar Təşkilatının rəhbəri Məhdi İslampənah iki ölkə arasında beynəlxalq səviyyədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək deyib: “Bu qarşılıqlı fəaliyyətin strateji üfüqü strateji tərəfdaşların iqtisadi qüdrətini gücləndirməkdən ibarətdir ki, bu da iki ölkənin liderləri tərəfindən vurğulanır.”
Sizin rəyiniz