20 noyabr 2024 at 13:23
Jurnalist kodu: 5564
Xəbər kodu: 85665511
T T
0 Persons
Təl-Əviv Hizbullahın atəşi altındadır - Minlərlə Fateh-110 raketi atəşə hazırdır

Tehran - İRNA - Ərəbdilli media Hizbullahın Təl-Əvivə dağıdıcı hücumuna işarə edərək, bu mövzuda İslam müqavimətinin məqsədlərinə toxunub.

Rəy Əl-yəvm Hizbullah və sionist rejim arasında döyüşün şiddətlənməsi ilə bağlı məqaləsində qeyd edib: Sionist rejim Hizbullahın media rəsmisi Məhəmməd Əfifi qətlə yetirdikdən və Beyrutu hədəfə aldıqdan sonra Hizbullah yenidən Təl-Əvivi atəşə tutub. Belə ki, Beyrutun hədəfə alınmasına reaksiya vermək və tələblərini atəşlə ortaya qoymağa çalışan israillilərə kəskin cavab vermək üçün son günlər hücumlar və dağıntılar intensivləşib. 

Bu media yazıb: Hizbullah alov topunu sionist rejimin paytaxtının ürəyinə qaytardı və mühüm mesaj verdi ki, o, hər an Təl-Əvivi atəşə tutmaq qabiliyyətinə malikdir və bu, Tel-Əvivin yaxşı başa düşdüyü bir mesaj idi. 

Rəy Əl-yəvm bildirdi: Təl-Əviv son iki ayda PUA və raket hücumlarının hədəfi olsa da, yeni hücum çox diqqətə layiqdir, çünki Hizbullah Təl-Əviv və İsraildə ciddi dağıntılara səbəb olan Fateh-110 raketindən görünməmiş bir şəkildə istifadə edib. 

Bu media yazıb: Fateh-110 raketi ilk dəfə 6 noyabrda istifadə edildi və mühüm hədəfləri böyük dəqiqliklə bombalamaq üçün istifadə edilən dəqiq idarə olunan raketlər kateqoriyasına aiddir. Bu raketin döyüş başlığı 500 kq, uzunluğu 8,8 metr, mənzili 300 km-dir. Bu raket yüksək dağıdıcı gücə malikdir və sabit və ya mobil platformalardan buraxıla bilir və qatı yanacaqla işləyir. Fateh-110 raketi, dəqiqliyi 10 metrə çatan həyati hədəflərə qarşı istifadə edilən yer-yer tipli raketdir. Hizbullahda bu raketdən 12 min ədəd var. 

0 Persons

Sizin rəyiniz

You are replying to: .