2 dekabr 2024 at 19:01
Jurnalist kodu: 5564
Xəbər kodu: 85677998
T T
0 Persons

Terrorçular Hələb və İdlibə kimyəvi hücum planlaşdırır

2 dekabr 2024 at 19:01
Xəbər kodu: 85677998
Terrorçular Hələb və İdlibə kimyəvi hücum planlaşdırır

Tehran - İRNA - Rusiya medialarından biri Suriyanın şimal bölgələrində terrorçu qrupların Hələb və İdlib ətraflarında yaşayış məntəqələrinə kimyəvi hücumlar həyata keçirməyi planlaşdırdığını ifşa edib.

Rusiyanın “Sputnik” xəbər agentliyi “Heyət Təhrir əş-Şam” (keçmiş “Cəbhət ən-Nusra”) kimi tanınan terror qruplaşmasının Hələb və İdlibin ətrafındakı yaşayış məntəqələrində zəhərli qazdan istifadə etməyə hazırlaşdığını təsdiqləyən məlumatlar əldə etdiyini bildirib.

Bu xəbər agentliyi məlumat yayıb: “Terrorçu elementlər “Türküstan Partiyası” kimi tanınan terror qruplaşmasının Cisr əş-Şuqur bölgəsinin ətrafındakı qərargahlarından birindən tərkibində zəhərli qazlar olan bir neçə kapsul çıxarıb və onları “Ağ Dəbilqəlilər” adlanan qruplaşmanın təcili yardım maşınları ilə İdlibin cənub ətrafına və Hələbin qərb ucqarındakı digər yerlərə aparıblar.”

Suriya xalqının düşmənləri dəfələrlə Suriyanın müxtəlif bölgələrində bu ölkənin xalqına qarşı kimyəvi hücumlar ssenarisindən istifadə ediblər, sonra da Dəməşq hökumətini bu işdə ittiham ediblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .