29 dekabr 2024 at 19:35
Jurnalist kodu: 5561
Xəbər kodu: 85704462
T T
0 Persons
Sionist rejimin həbsxanalarında şəhid olan fələstinli məhbusların sayı 50 nəfərə çatıb

Tehran - İRNA - İşğal olunmuş ərazilərdəki “Soruka” xəstəxanasında daha bir fələstinli məhbusun şəhid olması ilə sioinst rejimin həbsxanalarında şəhid olan məhbusların sayı 50-yə yüksəlib.

Əşrəf Məhəmməd Fəxri Əbd Əbu Vərdə adlı 51 yaşlı fələstinli məhbus işğal altındakı ərazilərdəki “Soruka” xəstəxanasında şəhid olub.

Əsirlər və Azad edilmişlərin işləri üzrə Assosiasiya və Fələstin Məhbuslar Klubu bəyanat yayaraq bildiriblər ki, bu fələstinli məhbus cümə günü Negev həbsxanasından Soroka xəstəxanasına köçürülmüşdü.

Fələstinli əsir və məhbusların hüquqlarını müdafiə edən bu iki təşkilatın bildirdiyinə görə, Əşrəf Əbu Vərdə 2023-cü il noyabrın 20-də sionist rejim tərəfindən əsir götürülüb. Əbu Vərdənin ailəsinin dediyinə görə, onun heç bir fiziki problemi olmayıb.

Məhbuslar və Azad edilənlər Assosiasiyası və Fələstin Məhbuslar Klubu bəyan edib ki, bu məhbusun şəhid olması ilə Qəzzə xalqına qarşı soyqırım müharibəsinin başlanmasından bu yana sionist rejim zindanlarında şəhid olan fələstinli əsir və məhbusların sayı 50 nəfərə çatıb. Bu, 1967-ci ildə hərbi əsir hərəkatının başlanmasından bəri ən yüksək rəqəmdir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .