İsveçrənin Yaxın Şərq və Şimali Afrika üzrə xüsusi nümayəndəsi Volfqanq Amadeus Broelhardt Maskatda keçirilən 8-ci Hind Okeanı Konfransı çərçivəsində xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.
Bu görüşdə Əraqçi iki ölkə arasında yaxşı ikitərəfli və çoxtərəfli münasibətlərin uzun tarixinə toxunaraq, İsveçrənin Amerikanın maraqlarının qoruyucusu kimi səylərini yüksək qiymətləndirib və İsveçrənin regionda sülh və sabitliyin möhkəmləndirilməsinə yardımda konstruktiv rolunu vacib hesab edib.
Xarici işlər naziri həmçinin İran və 3 Avropa ölkəsi arasında üç raund danışıqların keçirilməsinə və İranın bunu davam etdirməyə hazır olmasına işarə edərək, vurğulayıb ki, İran İslam Respublikası təhdid və təzyiq dilinə dözmür və maksimum təzyiq siyasəti mütləq iflasa uğrayacaq.
Bu görüşdə İsveçrənin xüsusi nümayəndəsi də öz ölkəsinin dünyada sülh və sabitliyin bərqərar olması üçün göstərdiyi səylərin hesabatını təqdim edərək, İranın regiondakı mühüm və təsirli rolunu vurğulayıb.
Volfqanq Amadeus Broelhardt da İranla müxtəlif ikitərəfli və regional sahələrdə qarşılıqlı dialoqların davam etdirilməsini vacib hesab edib və ikitərəfli dialoq və məsləhətləşmələrin, o cümlədən Tehranda keçiriləcək növbəti məsləhətləşmələr raundu zamanı da öz istəyi və hazırlığı olduğunu vurğulayıb.
Sizin rəyiniz