İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanın rabitə və informasiya texnologiyaları naziri Seyid Səttar Haşimi, nazir müavini və İnfrastruktur Rabitə Şirkətinin baş icraçı direktoru Behzad Əkbərinin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə Azərbaycan Respublikasına səfəri zamanı Azərbaycanın ən böyük telekommunikasiya operatoru ilə rabitə və informasiya texnologiyaları sahəsində strateji müqavilə imzalayıb.
Bu müqavilə rabitə infrastrukturunun inkişafı, xüsusilə məlumatların tranziti və sualtı kabellərin çəkilməsi sahəsində ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsi məqsədi ilə Əkbəri və Azərbaycan Respublikasının “Delta” şirkətinin baş direktoru Ramazan Vəliyev arasında imzalanıb.
Bu sazişə əsasən, Azərbaycan Respublikası ilə İranın qonşu ölkələri, o cümlədən Əfqanıstan, Türkmənistan, Pakistan və digər qonşular arasında məlumat tranziti İran vasitəsilə inkişaf etdiriləcək. Bu razılaşma həm də İran üzərindən şərqdən nəqliyyatın cəlb edilməsinə səbəb olacaq.
Digər tərəfdən, iki ölkə Şimal-Cənub və Şərq-Qərb kommunikasiya dəhlizlərini gücləndirmək üçün sualtı kabellərin inkişafı kimi infrastruktur layihələrinə birgə sərmayə yatırmaq barədə razılığa gəliblər. Bu layihələr İranın Asiyanı Avropa ilə birləşdirən mərkəz rolunu gücləndirir.
Sizin rəyiniz