29 aprel 2025 at 17:51
Jurnalist kodu: 5564
Xəbər kodu: 85818131
T T
0 Persons

İran və Azərbaycan səfirləri Moskvada görüşüb

29 aprel 2025 at 17:51
Xəbər kodu: 85818131
İran və Azərbaycan səfirləri Moskvada görüşüb

Moskva - İRNA - İranın Moskvadakı səfirliyi məlumat yayıb: “Prezident Məsud Pezeşkiyanın Bakıya rəsmi səfərindən bir gün sonra ölkəmizin Rusiyadakı səfiri Kazim Cəlali Azərbaycan Respublikasının səfiri Rəhman Mustafayevlə görüşüb, danışıqlar aparıb.”

İran və Azərbaycan Respublikasının Moskvadakı səfirləri iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.

Tərəflər doktor Pezeşkiyanın Bakıya səfərinin və bu səfər zamanı imzalanmış mühüm sənədlərin əhəmiyyətini vurğulayaraq, İran və Azərbaycan Respublikası arasındakı əlaqələri dərin köklü və tarixi, dini və mədəni ortaqlıqlara əsaslanan, iki ölkə xalqları arasında bugünkü qardaşlıq münasibətlərinə, dostluğa gətirib çıxarmış əlaqələr adlandırıblar.

Görüşdə həmçinin “ikitərəfli əməkdaşlığın, eləcə də çoxtərəfli regional layihələrin, xüsusilə Rusiya kimi dost ölkələrin iştirakı ilə Şimal-Cənub Beynəlxalq Dəhlizinin irəliləyişi” planı müzakirə olunub.

Görüş zamanı tərəflər, həmçinin ətraf regionda baş verən son hadisələri, Qafqaz regionundakı məsələləri, 3+3 əməkdaşlıq formatını, regional iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .