İsrailin baş nazirinin ofisi şənbə günü bəyan edib ki, Benyamin Netanyahunun Azərbaycan Respublikasına yaxın günlərdə baş tutması planlaşdırılan səfəri təxirə salınıb.
İsrail baş nazirliyi səfərin təxirə salınmasına müxtəlif amillərin, o cümlədən Qəzza və Suriyadakı son hadisələrin səbəb olduğunu iddia edib.
Ofis İsrail Baş nazirinin sıx diplomatik və təhlükəsizlik cədvəlinə də toxunaraq əlavə edib ki, səfər yeni tarix elan edilmədən başqa vaxta təxirə salınıb.
Bundan əvvəl Netanyahunun mayın 7-dən 11-dək Azərbaycan Respublikasına səfəri və ölkə prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulmuşdu.
Sizin rəyiniz