Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Səid Xətibzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Bakıda keçirilən iclasında vurğulayıb ki, “İran Ermənistan və Azərbaycan Respublikası arasında sülh müqaviləsini dəstəkləyir”.
O deyib: “Tehran rəsmi olaraq Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsini dəstəklədiyini bildirir”.
O, bəyan edib ki, bu amil İran və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə əldə edilə bilər.
Xətibzadə bildirib: “İnanıram ki, bu məsələ hər iki tərəf arasında münasibətlərdə öz əksini tapacaq”.
Xətibzadə Bakıda keçirilən mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin hökmünün icrasının gecikdirilməsi ilə bağlı da bildirib: “Hökmün icrası üçün lazımi rəsmiləşirmələr məhkəmə orqanları tərəfindən həyata keçirilməlidir”.
Sizin rəyiniz