6 may 2025 at 15:20
Jurnalist kodu: 5564
Xəbər kodu: 85824913
T T
0 Persons
HƏMAS: Qəzzədə müharibəni genişləndirmək sionist əsirləri qurban vermək deməkdir

Tehran - İRNA - HƏMAS sionist rejimin son 18 ayda müharibə məqsədlərindən heç birinə nail olmadığına toxunaraq deyib ki, bu rejimin Qəzzədə əməliyyatı genişləndirilməsi ilə bağlı razılığı sionist əsirləri qurban vermək deməkdir.

HƏMAS yaydığı bəyanatda vurğulayıb ki, sionist rejimin Qəzzə zolağında əməliyyatı genişləndirilməsinə razılıq verməsi sionist əsirləri qurban vermək üçün açıq-aşkar qərardır.

Bəyanatda bildirilir: “İşğalçı rejim elan etdiyi məqsədlərin heç birinə nail olmadan 18 ay əvvəl başladığı məğlubiyyət mərhələsinə yenidən başlayıb.”

HƏMAS bu bəyanatında Fələstin xalqının və onun cəsur müqavimətinin Zamirin (sionist rejim ordusunun baş qərargah rəisi) təhdid və planlarından qorxmadığını vurğulayaraq qeyd edib: “Ərəb və İslam ölkələri və beynəlxalq ictimaiyyəti öz vəzifələrini yerinə yetirməyə və sionist faşist rejimlə qarşı-qarşıya durmağa, onun cinayətlərinə son qoymağa çağırırıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .