10 may 2025 at 18:21
Jurnalist kodu: 5561
Xəbər kodu: 85828827
T T
0 Persons
Yeni Papa bu gün insan həyatında pul, texnologiya və həzzin əsas yer tutmasından təəssüflənib

Tehran - İRNA - Papa XIV Leo yeni papa kimi ilk xütbəsində bugünkü insan həyatında pul, texnologiya, güc və həzzin əsas yer tutmasından təəssüfləndiyini bildirib.

Papa Vatikanın yüksək rütbəli kardinallarının iştirak etdiyi mərasimdə “texnologiya, pul, uğur, güc və həzzin” xristianlığa imandan daha çox qiymətləndirildirilməsindən təəssüfləndiyini bildirib.

O, xəbərdarlıq edib ki, dünyanın bir çox yerlərində xristian inancı absurd və zəiflər və aşağı təbəqələr üçün bir şey kimi hesab olunur və möminlərə lağ edilir, onlara qarşı çıxılır, təhqir edirlər və ya ən yaxşı halda dözüm göstərir və rəhm edirlər.

Yeni Papa dedi: “İsa Məsih çox vaxt xarizmatik lider və ya super qəhrəmana çevrilir. Bu problem yalnız imansızlar arasında deyil, hətta vəftiz olunanlar arasında da görünür. Nəhayət, həyatlarını əməli ateizmdə keçirirlər.”

Papa XIV Leo bu gün səhər saatlarında Papa kimi ilk ayini qeyd edərək, seçilməsini Məsihin Müqəddəs Xaçı daşımaq üçün ilahi hədiyyə adlandırıb.

Sizin rəyiniz

You are replying to: .