İsmayıl Bəqai deyib: "Yəmənin iqtisadi infrastrukturuna və ictimai obyektlərinə, o cümlədən Hudeydə, Rəs İsa və Səlif limanlarına edilən hücum beynəlxalq hüququn prinsiplərinin və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin kobud şəkildə pozulması olmaqla yanaşı, açıq şəkildə müharibə cinayəti və insanlığa qarşı cinayətdir.
Bu cür hücumlar Yəmən xalqının mühasirədə olduğu və humanitar vəziyyətdən ikiqat əziyyət çəkdiyi bir şəraitdə baş verir və onların həyati infrastrukturunu hədəfə almaq onları həyat üçün zəruri olan ehtiyaclardan məhrum etmək üçün vəhşi bir hərəkətdir."
Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ, İngiltərə və bəzi digər Qərb hökumətlərinin sionist rejimin Qəzzədəki cinayətlərinin və regiondakı müsəlman ölkələrinə qarşı təcavüzünün davam etdirilməsində hərtərəfli şərikliyinin davam etməsinə işarə edərək deyib: "Şübhəsiz ki, ABŞ, İngiltərə və bəzi digər Qərb ölkələrinin sionist rejiminə qeyd-şərtsiz dəstəyi onu öz qanunsuzluq, təcavüz və müdafiəsiz fələstinli qadın və uşaqları, indi isə məzlum Yəmən xalqını qətlə yetirmək yolunda irəlilətdi. Bu hökumətlər həyata keçirilən cinayətlərdə birbaşa tərəfdaşdırlar və dünya ictimai rəyi qarşısında cavabdeh olmalıdırlar."
Sizin rəyiniz