Pakistanın Baş naziri Şahbaz Şərif bu şənbə günü axşam saatlarında Məsud Pezeşkiyan ilə telefon danışığında İran İslam Respublikasının anlaşılmazlıqları aradan qaldırmaq, Pakistan və Hindistan arasında atəşkəsə zəmin yaratmaq üçün xeyirxah, mərhəmətli və qardaşcasına səylərinə görə səmimi təşəkkürünü bildirib.
Pakistanın Baş naziri ölkəmizin Xarici İşlər nazirinin İslamabada son səfərini və İranın atəşkəs təklifi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirərək, bu hərəkəti gərginliyin azaldılması istiqamətində effektiv və konstruktiv addım kimi dəyərləndirib.
Sizin rəyiniz