13 iyun 2025 at 13:52
Jurnalist kodu: 5564
Xəbər kodu: 85861552
T T
0 Persons
Xarici işlər naziri sionist rejimin İrana qarşı hərbi təcavüzü ilə bağlı BMT-yə məktub göndərib

Əraqçi: Bu təcavüzkar hücum İran İslam Respublikasına qarşı müharibə elan etmək deməkdir

Sionist rejimin bir sıra hərbi komandirlərin, universitet professorlarının, günahsız iranlı qadın və uşaqların şəhid olması və yaralanması ilə nəticələnən İranın bir neçə məntəqəsinə, o cümlədən bir neçə hərbi qərargah, nüvə obyektləri və yaşayış binalarına qarşı hərbi təcavüzündən sonra, İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Təhlükəsizlik Şurasının sədri və Birləşmiş Millətlər Təşkilatının baş katibinə ünvanladığı məktubda bu təcavüz aktını İran İslam Respublikasına qarşı müharibə elanı kimi qiymətləndirib və Təhlükəsizlik Şurasından bu məsələni dərhal həll etməyə çağırıb.

Xarici işlər naziri bu məktubda bildirib ki, sionist rejimin hücumları BMT-nin müstəqil üzvü olan İranın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması və İrana qarşı açıq təcavüzdür.

Abbas Əraqçi Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağıraraq əlavə edib: Şura Nizamnaməyə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirməli, bu təcavüzü qətiyyətlə pisləməli və İsrail rejiminin məsuliyyətə cəlb edilməsi üçün təcili və konkret tədbirlər görməlidir.

Xarici işlər naziri həmçinin İranın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə etmək əzmini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .