Prezident Rəisi: Əgər İsrail səhv etsə, onu dəhşətli reaksiya gözləyir

Tehran - İRNA - Prezident doğru vəd əməliyyatını məhdud və cəza tədbiri hesab edib və deyib: Əgər sionist rejim torpaqlarımıza ən kiçik bir hücum etsə, onlara qarşı şiddətli və sərt davranılacaq.

Ayətullah Seyid İbrahim Rəisi bu səhər, çərşənbə günü İran İslam Respublikası Ordusunun parad mərasimində iştirakçıları Ordu Günü münasibətilə təbrik edərək dedi: Ordu millətin yanındadır və vətəni, ərazi bütövlüyünü və İslam İnqilabı dəyərlərini müdafiə etmək üçün fəaliyyət göstərir. Ordumuz Allaha inam və iman, İlahi qüdrətə təvəkkül xüsusiyyəti ilə dünyanın digər ordularından fərqlənib.

Ayətullah Rəisi davam etdi: Yaxşı təchiz olunmuş və müasir ordu, qüdrətli SEPAH və silahlı qüvvələrimiz ölkə hakimiyyətinin dəstəyidir. Regional qüvvələr bizim silahlı qüvvələrimizə arxalana bilər.

O əlavə edib: Əgər sionist rejim tərəfindən torpaqlarımıza ən kiçik bir təcavüz edilsə, onlarla şiddətli və sərt şəkildə mübarizə aparılacaq.

O deyib: Amerika leksikonunda “hərbi variant masadadır” ifadəsi işlədilmir və bu, silahlı qüvvələrimizin gücünə görədir. Sionist rejimin məğlubiyyəti kəşfiyyat, təhlükəsizlik və hərbi məğlubiyyət olsa da, hər şeydən əvvəl strateji məğlubiyyət idi.

O, davam etdi: Müqavimətə dəstəyi və Amerika və sionist rejimə nifrəti hər zamandan daha çox görürük və bu, millətimizin qələbəsi və qüruru deməkdir. Silahlı qüvvələrimiz fəxr etməlidir ki, Fələstinə dəstək və müqavimət bayrağı bu gün bütün xalqların və dinlərin bayrağına çevrilib və bu, İslam İnqilabı və inqilabın ali rəhbərinin ritorikasının qələbəsi deməkdir.

Rəisi əlavə edib: Mən region ölkələrinə demək istəyirəm ki, bizim hərbi qüvvələrimiz təhlükəsizlik yaradan, sülhməramlı, regiona iqtidar gətirən və tamamilə etibarlıdır və bu ölkələr sionist rejimlə əlaqə saxlamaq əvəzinə öz imkanlarına və müsəlman qüvvələrinə, ordumuza və SEPAH-a arxalanmalıdırlar.Regionda xarici qüvvələrə ehtiyac yoxdur.

0 Persons

Sizin rəyiniz

You are replying to: .