26 iyun 2023 at 11:56
Jurnalist kodu: 5290
Xəbər kodu: 85151843
T T
0 Persons
İranın bütün sərhədləri Azərbaycan Respublikası vətəndaşları üçün açıqdır

Tehran – İRNA - Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ilə İran arasında mövcud olan bütün quru və hava sərhədləri azərbaycanlı qardaş və bacıların üzünə açıqdır.

İRNA-nın xarici siyasət bölməsinin məlumatına görə, İran İslam Respublikasının Bakıdakı səfirliyi elan edib: 

Azərbaycan Respublikası hökumətinin son səyahət xəbərdarlığı və bu ölkənin hava limanlarında İran vətəndaşları üçün hava limanı vizalarını ləğv etməsinin ardınca hörmətli Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərin son vəziyyəti ilə bağlı çoxsaylı suallarını nəzərə alaraq diqqətinizə çatdırırıq: 

“Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı bütün quru və hava sərhədləri mövcud olan keçidlər vasitəsilə azərbaycanlı qardaş və bacıların üzünə açıqdır. İrana daxil olmaq məqsədilə vizaların ləğvi ilə bağlı əvvəlki qaydalar onlar üçün tətbiq olunmağa davam edəcək.”

Qeyd edək ki, son günlər Azərbaycanın XİN-i Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında İran İslam Respublikası vətəndaşlarına hava limanı vizalarının verilməsi prosesinin dayandırıldığını açıqlayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .