16 iyul 2023 at 15:49
Jurnalist kodu: 5487
Xəbər kodu: 85171628
T T
0 Persons

Tags

Rəisi: İranın strategiyası təhlükəsizlik sərhədlərini təhlükəsiz və iqtisadi sərhədlərə çevirməkdir

Tehran - İRNA - Prezident İran İslam Respublikasının təhlükəsizlik sərhədlərini təhlükəsiz və iqtisadi sərhədlərə çevirmək strategiyasını vurğulayaraq, sərhəd bazarlarının inkişafını və Pakistanla enerji sektorunda əməkdaşlığı bu strategiyanın həyata keçirilməsinin yolları adlandırıb, bu məsələnin reallaşmasının sürətləndirilməsi üçün hər iki ölkənin səylərinin daha da artırılmasını vurğulayıb.

İRNA-nın hökumət bölməsi müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi bu gün (bazar günü) günortadan əvvəl Pakistan ordusunun komandanı general Seyid Asim Muniri qəbul edib.

Prezident bu görüşdə İran İslam Respublikasının təhlükəsizlik sərhədlərini təhlükəsiz və iqtisadi sərhədlərə çevirmək strategiyasını vurğulayaraq, sərhəd bazarlarının inkişafını və Pakistanla enerji sektorunda əməkdaşlığı bu strategiyanın həyata keçirilməsinin yolları adlandırıb, bu məsələnin reallaşmasının sürətləndirilməsi üçün hər iki ölkənin səylərinin daha da artırılmasını vurğulayıb.

Qonşu, müttəfiq və müsəlman ölkələri ilə əlaqələrin gücləndirilməsinin İran İslam Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirən Prezident, iki ölkənin əlaqələrin genişləndirilməsi istiqamətində ciddi iradəsinə toxunaraq deyib: “İki ölkə arasındakı müqavilələrin icrasının sürətləndirilməsi İran və Pakistan arasında iqtisadi və ticari əməkdaşlığı daha da gücləndirəcək, nəticədə iki qonşu dövlət arasında siyasi əlaqələrin səviyyəsini yüksəldəcək.”

Ayətullah Rəisi həmçinin düşmənlərin region ölkələrinin münasibətlərini pozmaq cəhdlərinə toxunaraq, mövcud imkan və zəminələrdən istifadə edərək, qarşılıqlı potensialların mübadiləsi yolu ilə ikitərəfli və regional əməkdaşlığın və qarşılıqlı əlaqələrin gücləndirilməsini vurğulayıb.

İranın qonşuları ilə əlaqələri gücləndirmək siyasəti İslam dünyası üçün çox dəyərli fürsətdir

Görüşdə Pakistan ordusunun komandanı general Seyid Asim Munir İran İslam Respublikasının qonşuları, xüsusilə də Pakistanla əlaqələri gücləndirmək siyasətini yüksək qiymətləndirib və bunu İslam dünyası üçün çox dəyərli fürsət hesab edib.

Pakistan ordusunun komandiri iki ölkənin uzun ortaq sərhədinə və sərhəd mübadiləsinin yüksək imkanlarına toxunaraq, iki ölkə arasında iqtisadi-ticarət və sərhəd qarşılıqlı əlaqələrinin genişlənməsinin təhlükəsizlik şəraitinin yaxşılaşmasına səbəb olacağını deyib.

Seyid Asim Munir əlavə edib: “Ortaq sərhədlərdə təhlükəsizlik səviyyəsinin artırılması üçün yaxşı razılaşmalar əldə olunub və bizim səylərimiz dayanıqlı təhlükəsizliyin yaradılması üçün davam edən tədbirlərin sürətləndirilməsinə yönəlib.”

Pakistan ordusunun komandanı xarici işlər naziri ilə görüşüb

Tehran - İRNA - Tehranda səfərdə olan Pakistan ordusunun komandanı ölkəmizin xarici işlər naziri ilə görüşüb.

İRNA-nın xarici siyasət bölməsinin verdiyi məlumata görə, bu gün (bazar günü) ölkəmizin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Pakistan ordusunun komandanı general Seyid Asim Munir görüşərək müzakirələr aparıblar.

Günorta saatlarında baş tutan bu görüşdə tərəflər ortaq məsələləri, qarşılıqlı əməkdaşlığın inkişafı və regional məsələləri haqda danışıblar və fikir mübadiləsi aparıblar.

İRNA-nın məlumatına görə, dünən və bu gün Pakistan İslam Respublikası Ordusunun komandanı general Seyid Asim Munir və onu müşayət edən nümayəndə heyəti İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami və İran İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahidi ilə görüşüb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .