Türkmənistan da Şimal-Cənub Dəhlizinə qoşuldu

Tehran - İRNA - Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin üç əsas qurucu ölkəsi olan İran, Rusiya və Hindistanın razılığı ilə İranın şimal qonşusu Türkmənistan da bu layihəyə qoşulub.

İRNA-nın çərşənbə axşamı Akipers Agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl Türkmənistan bu layihədə iştirak etmək istəyirdi. Prezident yanında Nəqliyyat və Rabitə Təşkilatının baş direktoru “Məmmətxan Çakyev” bu istiqamətdə işlərin görüldüyünü açıqlayıb və Türkmənistan coğrafi mövqeyinə görə qlobal təchizat zəncirinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Şimal-Cənub Beynəlxalq Dəhlizi Hindistan, İran və Rusiyanın 2000-ci ildə imzaladığı razılaşmadan sonra başlanmış böyük nəqliyyat layihəsinin adıdır.

Şimal-Cənub dəhlizi Avropa ölkələri, Skandinaviya və Rusiya arasında Fars körfəzi, Hind okeanı və Cənub-Şərqi Asiya ilə mühüm kommunikasiya körpüsü kimi tanınır.

Rusiyanın TASS Xəbər Agentliyi də bu haqda məlumat verərək bildirmişdi: “Rusiya Nəqliyyat Nazirliyinin Türkmənistanın bu dəhlizə qoşulması ilə bağlı təklifi Rusiyanın baş naziri Mixail Mişustinin imzası ilə Moskva tərəfindən təsdiqləndi. Rusiya Xarici İşlər Nazirliyinə də tapşırıldı ki, Rusiyanın Türkmənistanın bu sazişə qoşulması ilə razılaşdığını İrana çatdırsın.”

Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında hökumətlərarası sazişin imzalanması əsasında qoyulub. Azərbaycan Respublikası 2005-ci ildə bu sazişə qoşulub. Bu keçidi Süveyş kanalından keçən dəniz yolu ilə müqayisə etsək, məsafə yarıdan çox azalır, bu da nəqliyyatın vaxtının və xərclərinin azalmasına səbəb olur.

Azərbaycan Respublikası, Belarus, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Oman, Tacikistan, Türkiyə və Ukrayna ölkələri də bu Şimal-Cənub Beynəlxalq Dəhlizi sazişinə sonradan qoşulmuşlar.

Bu layihə şimali və qərbi Avropa, Rusiya Federasiyası, Qafqaz, Fars körfəzi (Qərb marşrutu), Mərkəzi Asiya, Fars körfəzi (Şərq marşrutu) və Xəzər dənizi, İran, Fars körfəzi (Mərkəzi marşrut) kimi marşrutları birləşdirir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .