19 sentyabr 2023 at 13:23
Jurnalist kodu: 5487
Xəbər kodu: 85232758
T T
0 Persons

Tags

Rəisi: İran dünyada sülh və təhlükəsizliyin genişləndirilməsində iştirak etməyə hazırdır

Tehran - İRNA - Prezident dominat güclərin tamahkarlığının qarşısının alınmasını xalqların BMT-dən gözləntilərindən biri hesab edib, İranın dünyada sülh və təhlükəsizliyin genişləndirilməsində, eləcə də xalqlara qarşı zülmün qarşısının alınmasında iştirak etməyə hazır olduğunu vurğulayıb.

İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, BMT-nin 78-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər etmiş Ayətullah Seyid İbrahim Rəisi BMT Baş katibi Antonio Quterreşlə görüşüb.

Prezident bu görüşdə BMT Baş katibinin və Katibliyinin səylərini yüksək qiymətləndirərək, ədalətin icra edilməsi, ayrı-seçkiliyin və yoxsulluğun aradan qaldırılması, davamlı təhlükəsizliyin təmin edilməsində xalqların istəklərinə diqqət yetirilməsini BMT-nin əsas missiya və vəzifələrindən olduğunu qeyd edib.

Ayətullah Rəisi tamahkarlıq və dominatlığın qarşısının alınmasını xalqların bu təşkilatdan gözləntilərindən hesab edib, müharibə qızışdırmağı böyük güclərin və müstəmləkəçi sistemin zati xisləti olduğunu bəyan edərək, qlobal sülh və sabitliyi pozan bu təhlükəli prosedurların qarşısını almaq üçün BMT-nin addım atmasını zəruri adlandırıb.

Prezident ölkələrin Əfqanıstan, Yəmən və Suriyanın siyasi və sosial gələcəyi ilə bağlı narahatlığına, həmçinin müstəmləkəçilik sisteminin tamahkarlığı kölgəsində Afrikada separatizmə işarə edərək, bu ölkələrin xalqlarına olunan zülmün qarşısının alınmasında BMT-nin mühüm rolunu xatırladıb.

İran İslam Respublikasının qərarının BMT ilə əməkdaşlıq olduğunu bildirən Ayətullah Rəisi İranın dünyada sülh və təhlükəsizliyin genişləndirilməsində və xalqlara qarşı zülmün qarşısının alınmasında iştirak etməyə hazır olduğunu vurğulayıb.

Dövlət başçısı həmçinin BMT Baş katibindən istəyib ki, İranla bağlı xəbərləri birbaşa və doğru yoldan izləsin və alsın, çünki imperializm sisteminin təsiri altında olan medialar İranın düzgün görüntüsünü təqdim etmir.

Ayətullah Rəisi İran İslam Respublikasında gender ədaləti və qadın hüquqlarına diqqəti dünyada nadir adlandırıb, iranlı qadın və qızların müxtəlif elm, idman, ictimai və mədəni sahələrdə əhəmiyyətli iştirakını nümunə kimi göstərib.

Bu görüşdə Antonio Quterreş BMT ilə İran İslam Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirməklə yanaşı, regionun sabitliyinə təsir edən iki ölkə olaraq İran və Səudiyyə Ərəbistanının əlaqələrində müsbət irəliləyişləri alqışlayıb.

BMT Baş katibi İranın Yəməndə baş verən proseslərdə konstruktiv rolunu yüksək qiymətləndirməklə yanaşı, həm də bu beynəlxalq təşkilatın İranın Yəmən böhranına son qoymaq təşəbbüslərinə dəstəyini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .