6 oktyabr 2023 at 16:32
Jurnalist kodu: 5487
Xəbər kodu: 85249404
T T
0 Persons

Tags

Dəməşqdəki hücuma görə məsuliyyət terrorçuların xarici havadarlarının üzərinə düşür

Tehran - İRNA - Prezident Suriyadakı terror aktına görə terrorçuların xarici havadarlarının, o cümlədən bu ölkənin ərazilərini işğal edənlərin məsuliyyət daşıdığını bildirərək deyib: “İŞİD-in mövcudluğunun davam etməsi üçün nəfəslik yaradılmasına kömək etmək sionist rejimin Suriyanın milli suverenliyinə qarşı təcavüzlərinin tamamlayıcısıdır.”

İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisinin Suriya Prezidenti Bəşər Əsədə ünvanladığı başsağlığı müraciətinin mətnində deyilir: “Bu ölkənin çoxlu sayda gənc zabitinin şəhid olması və yaralanması ilə nəticələnən Homsda baş vermiş son faciəli terror aktı məni, İran İslam Respublikası hökumətini və xalqını kədərləndirdi.”

Müraciətin davamında bildirilir: “Suriyada son aylarda terror aktları və hücumlarının davam etməsi bu ölkədə sabitliyin, bərqərarlığın və tam təhlükəsizliyin formalaşmasının qarşısını almaq məqsədi ilə terrorçulara kəşfiyyat, təhlükəsizlik və maddi-texniki dəstəyin davam etdirilməsi ilə bağlıdır.”

Ayətullah Rəisi vurğulayıb: “Suriyada İŞİD və təkfirçi terrorçuların davamlı qalması və əməliyyatları üçün nəfəslik yaratmağa kömək etmək, sionist rejimin Suriyanın milli suverenliyinə qarşı təcavüzlərinə uyğun və tamamlayıcı bir hərəkətdir.”

Prezident əlavə edib: “Şübhəsiz ki, bu faciəli hadisəyə görə məsuliyyət terror qruplaşmalarının havadarlarının, o cümlədən Suriyanın ərazi bütövlüyü üzərində milli suverenliyin həyata keçirilməsinə və terrorla effektiv mübarizəyə mane olan Suriya torpaqlarının işğalçılarının üzərinə düşür. Gözlənti budur ki, məsul beynəlxalq qurumlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası bu mövzuda üzərinə düşən vəzifələri yerinə yetirsin.”

Ayətullah Rəisi bildirib: “Bu cinayət əməli göstərdi ki, regionda təhlükəsizlik, sabitlik və inkişaf əleyhdarları son illərdə məzlum Suriya xalqının əziyyət çəkdiyi terrorçu və qəddar yanaşmalarını davam etdirirlər.”

O bəyan edib: “Sonda bu hadisə ilə bağlı Zati-alinizə, dost və qardaş Suriya Ərəb Respublikasının hökumətinə, ordusuna, xalqına və şəhidlərin yaxınlarına başsağlığı verirəm, Mütəal Allahdan yaralıların tezliklə sağalmasını diləyirəm.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .