17 dekabr 2023 at 17:38
Jurnalist kodu: 5487
Xəbər kodu: 85324742
T T
0 Persons

Tags

Daxili İşlər naziri: Pakistan terror qruplaşmalarının bu ölkə ərazisində yuva qurmasına icazə verməməlidir

Əhməd Vəhidi terrorçu qrupların hücumuna məruz qalmış Rask polis qərargahında olub və bu terror cinayətini pisləyərək deyib: “Bura asayiş və təhlükəsizliyi qoruyan bir neçə nəfərin, müstəmləkəçilərə nökərlik edən qorxaq və kor qəlbli terrorçular tərəfindən məzlumcasına şəhid edildiyi yerdir. Fədakarlıq göstərən polis qüvvələrinin müqaviməti nəticəsində terrorçular öz məşum məqsədlərinə nail ola bilmədilər.

Araşdırmalara əsasən, bu qrup İran İslam Respublikası ərazisinə qonşu ölkənin sərhədindən daxil olub, gecənin və bölgənin coğrafi şəraitindən istifadə edərək özlərini bu qərargaha çatdırıblar, asayişi və nizam-intizamı qoruyanları şəhid etməyə cəhd göstəriblər.”

Hərbi, polis və təhlükəsizlik qüvvələrinin səyi ilə bu hadisəni törədənlər öz əməllərinin cəzasını mütləq alacaqlar və onları ağır qisas gözləyir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .