İRNA-nın bu gün (şənbə) “Əl-Nəşrə”-yə istinadən verdiyi xəbərə görə, Hizbullah Hərəkatı Baş katibinin müavini Şeyx Nəim Qasim deyib: “İsrail rejimi Fələstinin, Livanın, ərəb dünyasının və müsəlmanların düşmənidir. Biz bu böyük zülmə qarşı haqqı və müqaviməti dəstəkləmək üçün Fələstin müqaviməti ilə çiyin-çiyinə hərəkət edirik. Bu, Fələstini, Livanı, müqaviməti dəstəkləmək və İsraili məhv etmək kimi bir şeydir.”
O, Hizbullaha qarşı təhdidləri nəticəsiz hesab edərək deyib: “Sionist rejim müharibəni genişləndirmək qərarına gəlsə, güclü bir sillə və unudulmaz dərs alacaq. Çünki düşmən bilir ki, qarşıdurma və cavab çox geniş olacaq.”
Sizin rəyiniz