24 yanvar 2024 at 11:29
Jurnalist kodu: 5487
Xəbər kodu: 85364306
T T
0 Persons

Suriyanın şərqindəki ABŞ hərbi bazasına hücum edilib

24 yanvar 2024 at 11:29
Xəbər kodu: 85364306
Suriyanın şərqindəki ABŞ hərbi bazasına hücum edilib

Tehran - İRNA - Amerikanın İraqdakı müqavimət qruplarının mövqelərinə hücumundan sonra yerli media Suriyanın şərqindəki Amerika hərbi bazasında partlayış səsinin eşidildiyini bildirib.

İRNA-nın məlumatına görə, “Əl-Məyadin” telekanalı çərşənbə günü səhər saatlarında xəbər verib ki, Amerika işğalçılarının Deyr əz-Zordakı “Koniko” qaz yatağında yerləşdiyi baza ağır raket hücumu ilə hədəf alınıb.

Bu hücum ABŞ-ın İraqın qərbinə və müqavimət qruplarının mövqelərinə təcavüzkar hücumundan bir neçə saat sonra baş verib.

İraq mediaları daha əvvəl Amerikanın İraqdakı islam müqavimətinin mövqelərinə hücum etməsi ilə bağlı məlumat vermişdi.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqdakı Kətaib Hizbullah mövqelərinə hücum etdiyini bildirib.

Sizin rəyiniz

You are replying to: .