Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Livana səfəri zamanı Fələstin müqavimət qruplarının bəzi liderləri ilə görüşüb, onlarla Qəzzada müharibənin tez bir zamanda dayandırılmasının və məzlum Fələstin xalqına humanitar yardımın göndərilməsinin zəruriliyi ilə bağlı danışıb.
Bu xəbərə görə, dünən (cümə) Əmir Abdullahiyan Livan hökumət rəsmiləri ilə görüşmək üçün nümayəndə heyətinin müşayəti ilə Beyruta gedib.
Həmçinin, bu gün (şənbə) ölkəmizin Xarici İşlər naziri Livanın Baş naziri Nəcib Miqati ilə görüşüb, ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Sizin rəyiniz