İRNA-nın çərşənbə axşamı “Əl-Cəzirə” telekanalına istinadən verdiyi xəbərə görə, İordaniya kralı II Abdullah deyib ki, İsrail rejiminin Rəfaha hücumu bizim üçün dözülməzdir.
O əlavə edib: “Biz İsrailin Rəfaha hücumu ilə barışa bilmərik, çünki bu, humanitar faciəyə səbəb olacaq.”
İordaniya kralı vurğulayıb: “Qəzza zolağında daimi atəşkəsə və bu bölgəyə yardım göndərilməsinə ehtiyacımız var.”
II Abdullah qeyd edib: “UNRWA mühüm rol oynayır və onun fəaliyyəti davam etməlidir. Qəzzada UNRWA-dan başqa humanitar addımlar həyata keçirə biləcək heç bir qurum yoxdur.”
Kral deyib: “Bizə indi daimi atəşkəs lazımdır. Fələstinliləri köçürmək təhdidi qəbuledilməzdir.”
Sizin rəyiniz