Yaponiyada bu qurumun İcraiyyə Komitəsinin iclasının açılış mərasimində çıxış edən Nadiri vurğulayıb ki, OANA bir neçə dəfə işğal olunmuş ərazilərdə jurnalistlərin şəffaf və sərbəst fəaliyyət göstərməsi üçün şərait yaradılmasına çağırıb.
OANA Prezidenti son aylarda Asiyada baş verən mühüm hadisələrə toxunaraq deyib: “İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Efiopiya bu yaxınlarda BRİKS qrupuna qoşulub və bu dörd ölkədən ikisi Asiyadadır və OANA-nın üzvüdür.”
“İnanıram ki, BRİKS plüralist bir qrup olaraq çoxqütblü dünyanın yaradılmasında təsirli olacaq və qeyd olunan xüsusiyyət bu qrupun əhəmiyyətinin səbəbidir” - deyə, Nadiri bildirib.
Sizin rəyiniz