12 aprel 2024 at 12:42
Jurnalist kodu: 5487
Xəbər kodu: 85441884
T T
0 Persons

Tags

Amerika öz işçilərinin işğal olunmuş ərazilərə səyahətini məhdudlaşdırdı

Tehran - İRNA - ABŞ-ın sionist rejimdəki səfirliyi məlumat yayıb ki, təhlükəsizlik məsələləri ilə əlaqədar işçilərinin və onların ailə üzvlərinin işğal olunmuş ərazilərdə hərəkətini məhdudlaşdırıb. Reuters-in məlumatına görə, ABŞ-ın İsraildəki səfirliyi bildirib ki, bütün işçilərinə və onların ailə üzvlərinə Təl-Əviv, işğal olunmuş Qüds və Beer əs-Səbdən kənara səyahət etməmələri barədə xəbərdarlıq edib.

Səfirliyin yaydığı bəyanatda deyilir: “Təhlükəsizlik səbəbləri və daha çox ehtiyat üçün, İranın İsraildən (İranın Suriyanın Dəməşq şəhərindəki konsulluğuna hücuma görə) qisas alması ərəfəsində Amerika hökuməti səfirliyinin əməkdaşlarının Təl-Əviv (Herzliya, Netanya və Avon Yehuda daxil olmaqla), Qüds və Beer əs-Səb şəhərlərindən kənarda gediş-gəlişi növbəti bildirişə qədər məhdudlaşdırılıb.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .