Cümə axşamı İngiltərənin baş nazirinin ofisi bəyanat yayaraq, “Doğru Vəd” əməliyyatında iştirak etmiş 7 şəxsi və 6 qurumu sanksiyalar siyahısına əlavə etdiyini açıqlayıb.
Bu bəyanata əsasən, İranın Müdafiə nazirindən əlavə, Silahlı Qüvvələrin Baş Qərargahı, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri, Xatəmül-Ənbiya bazasının mərkəzi qərargahı və komandiri və Aerokosmik Təşkilatın bir sıra üzvlərini sanksiyalar siyahısına əlavə edilib.
London - İRNA - İngiltərə, İranın sionist rejimin təcavüzünə qarşı qanuni müdafiəsindən sonra regionda gərginliyin artmasının qarşısını almaq bəhanəsi ilə Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Məhəmmədrza Aştiyani və ölkəmizin bir sıra şəxsiyyətləri və hərbi qurumlarına qarşı sanksiya tətbiq edib.
Sizin rəyiniz