2 may 2024 at 15:07
Jurnalist kodu: 5564
Xəbər kodu: 85464424
T T
0 Persons

Tags

Sionistlərin Qəzzəyə hücumları nəticəsində şəhid olanların sayı 34 min 596 nəfərə çatdı

Tehran - İRNA - Fələstinin Qəzzədə Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü ildən bu yana işğalçı rejimin bu bölgəyə hücumlarında şəhid olanların sayını 34 min 596, yaralıların sayını isə 77 min 816 olaraq açıqlayıb.

Fələstin Səhiyyə Nazirliyi işğalçıların son 24 saat ərzində üç yeni qırğın törətdiyini bildirib.
Bu xəbərə görə, daha 28 nəfər şəhid olub, 51 nəfər yaralanaraq xəstəxanaya aparılıb.
Qəzzədəki Fələstin Səhiyyə Nazirliyi bildirib: “İşğalçıların hücumları nəticəsində şəhid olanların sayı oktyabrın 7-dən bu yana 34 min 596-ya, yaralananların sayı isə 77 min 816-ya yüksəlib.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .