Hazırda Prezidenti daşıyan helikopterin qəzaya uğradığı yerdə olan yerli mənbələr Prezidentin və onu müşayət edən şəxslərin şəhid olduğunu təsdiqləyib.
Vəliyyi-fəqihin nümayəndəsi və Təbrizin imam cüməsi höccətül-islam vəl-müslimin Ali-Haşim, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Prezidentin mühafizə bölməsinin komandiri Seyid Məhdi Musəvi, bir neçə mühafizəçi və helikopter heyəti Prezidenti daşıyan helikopterin sərnişinləri arasında olub.
Bu kontekstdə İslam Respublikası hökuməti açıqlama verəcək.
Sizin rəyiniz