İRNA-nın cümə günü verdiyi məlumata görə, sionist Haaretz qəzeti Hizbullahın demək olar ki, hər gün havaya qalxan PUA-ları ilə tam şəkildə mübarizə apara bilməyən işğalçı İsrail rejiminin Hava Hücumundan Müdafiə sisteminə meydan oxumaqdakı uğurlarına işarə edərək, Hizbullahın PUA-larının sionist rejimə qarşı artan təhdidlərindən yazıb.
Bu hesabatda hərbi məsələlər üzrə müxbiri İnyo Kuboviç vurğulayır ki, “İsrail ordusu Hizbullahın PUA təhlükəsi ilə mübarizə aparmaq üçün bir yol tapmayıb”.
O, bildirib: Livan Hizbullahının PUA-ları şimalda böyük dağıntılara səbəb olub və şəhərlərinə qayıtmaqdan qorxan on minlərlə sionist yerləşimçilərin şüurunda asayiş hissini əzməkdədir.
Hizbullahın PUA-larının “hərbi təşkilatın mütəşəkkil orduya” qarşı döyüş strukturunda yeni bir tənlik yaratdığına diqqət çəkən Haaretz vurğuladı: Mövcud texnologiya və dəqiq silahlar sayəsində Livan Hizbullahı İsrailin hərbi və kritik infrastrukturunu təhdid edən dəqiq kəşfiyyat məlumat toplama və hücum imkanlarına malik ağıllı hərbi qrupa çevrilib.
Sizin rəyiniz