29 iyun 2024 at 09:59
Jurnalist kodu: 5564
Xəbər kodu: 85523769
T T
0 Persons
Sistan və Bəlucistanın cənubudakı şəhidlərin adları açıqlanıb

Zahidan - İRNA - Sistan və Bəlucistan polis qərargahı elan edib: Daxili qoşun əsgəri Fərhad Cəlil və sərhəd qoşunu çavuşu İbrahim Mərməzi bu şənbə günü səhər saatlarında silahlı cinayətkarların bu vilayətin Cəkiqur bölgəsində seçki qutusu daşıyan avtomobilə hücumu nəticəsində şəhid olublar.

İRNA-nın məlumatına görə, Sistan və Bəlucistan polisinin informasiya mərkəzi elan edib: Cəkiqur bölgəsinin seçki qutusunu oğurlamaq üçün silahlı şəxslər bir neçə istiqamətdən seçki məntəqəsinin icra və asayiş keşikçilərinin maşınına atəş açıblar.

Bu bildirişdə əlavə edilir: Mühafizəçi asayiş qüvvələrin şücaəti ilə xalqın seçki qutusu mühafizə olundu, lakin icra və hüquq-mühafizə orqanlarından olan 5 nəfər yaralanaraq tibb məntəqəsinə aparıldı, təəssüf ki, iki nəfər, yəni daxili qoşun əsgəri Fərhad Cəlil və çavuş İbrahim Mərməzi şəhid oldular.

0 Persons

Sizin rəyiniz

You are replying to: .